İstanbulda ard-arda 8 zəlzələ olub

İstanbulda ard-arda 8 zəlzələ olub

İstanbulda bir saat ərzində 8 zəlzələ baş verib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Fövqəladə Halların İdərə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, saat 12:19-da baş verən 3,9 bal gücündə zəlzələdən sonra daha 7 təkan baş verib.

Zəlzələlərin ən kiçiyi İstanbulun Büyükçekmece rayonu sahillərində 3,4 bal gücündə, ən böyüyü isə Silivri sahillərində 6,2 bal gücündə olub.

Saat 12:19-da 3.9 bal gücündə zəlzələdən sonra 6.2 bal gücündə 12:49, 5.9 və 4.4 bal gücündə saat 12:51, 4.8 bal gücündə 13:01, 4.5 və 4.9 bal gücündə saat 13:02, 3.4 bal gücündə yeraltı təkanlar 13:07-də qeydə alınıb.

Daxili işlər naziri Yerlikaya bütün komandaların meydanda olduğunu, lakin 112-yə söküntü ilə bağlı məlumat daxil olmadığını bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az"