Zelenski onları Kiyevə toplayır

Ukraynada ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın iştirakı ilə milli təhlükəsizlik üzrə müşavirlərin görüşü keçirilə bilər.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı deyib.
Ukrayna lideri bildirib ki, görüşün tarixi hələ müəyyənləşdirilməyib.
Məlumata görə, milli təhlükəsizlik müşavirləri səviyyəsində keçiriləcək görüş ötən ay London və Parisdə keçirilən son danışıqların davamı olacaq.
O, görüşdə ABŞ Dövlət katibi Marko Rubionun da iştirak edə biləcəyini istisna etməyib.
"Cebheinfo.az"