“Niva”nın yeni versiyası belə olacaq – FOTOLAR

“Niva”nın yeni versiyası belə olacaq – FOTOLAR

Rusiyanın nəhəng avtomobil brendi “Lada” əfsanəvi modellərindən olan “Niva”nı yeniləyib.

“Cebheinfo.az” xəbər verir ki, 2025-ci il istehsalı olan model müasir görünüşü ilə diqqət çəkir.

“Niva Travel” adlanan bu model 4 qapılı formada dizayn olunub. Yeni “Niva” 1,8 litrlik mühərriklə təchiz olunub. Üstəlik, artıq 90 at gücünə sahibdir.

Bundan başqa, model indi yeni və daha böyük yüngül lehimli disk variantları ilə satışa çıxarılacaq. Avtomobilin salonu ilə bağlı isə hələlik görüntü və ya məlumat paylaşılmayıb. 

Qeyd edək ki, “Niva Travel” dünya bazarında 16 min dollardan başlayan qiymətlə satışa çıxarılacaq.

Elmir Mustafa
“Cebheinfo.az”