Gürcüstanın daxili işlər naziri Ermənistana səfərə yollanıb

Gürcüstanın daxili işlər naziri Ermənistana səfərə yollanıb

Gürcüstanın daxili işlər naziri Gela Geladze Ermənistana rəsmi səfərə yollanıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazir İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan və daxili işlər naziri Arpine Sarkisyan ilə görüşəcək.

Tərəflər iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın dərinləşdirilməsi məsələlərini, həmçinin regionda sülh və sabitliyin qorunmasının vacibliyini müzakirə edəcəklər.

"Cebheinfo.az"