İsrail Pezeşkianın şəhərini vurdu

Xəbər verdiyimiz kimi, İranın Kirmanşah, Təbriz və Soyuqbulaq şəhərlərində çoxlu partlayış səsləri eşidilib.
Belə ki, İnqilab Keşikçiləri Korpusuna ( SEPAH) yaxın olan yarırəsmi "Fars" Xəbər Agentliyinin məlumatına görə, İranın bəzi şəhərlərində çoxlu partlayış səsləri eşidilib.
Bu şəhərlər arasındaTəbriz, və Soyuqbulağın da olduğu bildirilir. Beləliklə, partlayışları olduğu şəhərlərdən biri də Soyuqbulaqdır (Mahabad).
“Cebheinfo.az” xatırladır ki, İran Prezidenti Məsud Pezeşkian 29 sentyabr 1954-cü ildə Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərində anadan olub.
O, ibtidai təhsilini doğma şəhərində aldıqdan sonra əyalət mərkəzi Urmiya şəhərinə gedib və Urmiya Kənd Təsərrüfatı Kollecindən qida sənayesi diplomunu alıb.
1973-cü ildə Sistan və Bəlucistan əyalətində hərbi xidmətdə olan azərbaycanlı siyasətçi 1975-ci ildə təcrübi elmlər sahəsində yenidən təhsilə başlayıb və 1976-cı ildə Təbriz Tibb Elmləri Universitetinə daxil olub.
Partlayışın nə olduğu açıqlanmasa da, İsrailin hücumu nəticəsində baş verdiyi təxmin edilir.
Xəzər
“Cebheinfo.az”