Sara Netanyahu İran xalqına müraciət etdi

Sara Netanyahu İran xalqına müraciət etdi

İsrail Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu İran xalqına müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Ərim, Baş nazir Netanyahunun tez-tez dediyi kimi, siz İran xalqı zəngin tarixə malik istedadlı və bacarıqlı xalqın möhtəşəm mədəniyyətinin varislərisiniz.

Biz sizin düşməniniz deyilik. Bizim mübarizəmiz sizinlə deyil, sizə zülm edən zalım rejimlədir.

Biz xalqlarımız arasında sülhün, azadlığın və dostluğun gələcəyinə inanırıq”.

 

“Cebheinfo.az”