Vətəndaşlara xəbərdarlıq: "Evdə qalın"

İrana hücumdan sonra bütün dünyada təhlükəsizlik xəbərdarlığı edən ABŞ Dövlət Departamenti Yaxın Şərqdəki personalını “ehtiyatlı olmağa” çağırıb.
"Cebheinfo.az" xəbər verir ki, bölgədəki hadisələrdən sonra baş verə biləcək etirazlar və digər iğtişaşlara qarşı ABŞ Dövlət Departamenti Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Türkiyə də daxil olmaqla bəzi ölkələrdəki vətəndaşlarına xəbərdarlıq edib. Bunun ardından ABŞ-nin Dohadakı səfirliyi yeni açıqlama yayaraq, Qətərdəki vətəndaşlarından ikinci bir bildirişə qədər təhlükəsiz ərazilərdə qalmağı xahiş edib.
Doha səfirliyinin açıqlamasında belə deyilir: “Əlavə təhlükəsizlik tədbiri olaraq, Amerika vətəndaşlarına başqa göstəriş verilənədək evlərində qalmaları tövsiyə olunur".
Nigar Hacılı
"Cebheinfo.az"