“Seltik"in əfsanəsi 84 yaşında vəfat edib

“Seltik"in əfsanəsi 84 yaşında vəfat edib

Şotlandiyanın “Seltik" klubunun əfsanəsi Con Klark 84 yaşında vəfat edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sabiq müdafiəçinin yer aldığı “Seltik” 1967-ci ildə Avropa Çempionlar Kubokunu (indiki UEFA Çempionlar Liqası) qazanan ilk Britaniya təmsilçisi olub. Həmin vaxt komanda baş məşqçi Cok Steynin rəhbərliyi altında İtaliyanın “İnter” klubunu finalda 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Con Klark Şotlandiya təmsilçisinin heyətində 300-dən çox oyun keçirib, 15 titul qazanıb.

“Cebheinfo.az”