Kreml ABŞ-nin İrana zərbələrini pisləyir

Kreml ABŞ-ın İrana zərbələrini pisləyir və artan eskalasiya və münaqişəyə yeni iştirakçıların cəlb olunması ilə bağlı dərin təəssüf hissi keçirir.
"Cebheinfo.az" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, İranın nüvə obyektləri ətrafında vəziyyət ciddi narahatlıq doğurur və əlavə araşdırma tələb edir.
Peskov əlavə edib ki, ABŞ-ın İrana zərbələri Moskva ilə Vaşinqton arasında münasibətlərə təsir etməyəcək. Onun sözlərinə görə, bunlar müstəqil proseslərdir.
Kremlin sözçüsü Vladimir Putinin bu gün İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşəcəyini vurğulayıb.
"Cebheinfo.az"