İranda "İsrail casusu" dar ağacından asıldı

İranda "İsrail casusu" dar ağacından asıldı

İranda İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan Məhəmmədəmin Mehdəvi-Şayəstənin dar ağacından asılıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə İranın Məhkəmə-Ədliyyə Sistemi məlumat yayıb.

Qeyd edilir ki, bu son 24 saatda eyni ittihamla icra olunan ikinci ölüm hökmüdür.

Daha öncə isə siyasi məhbus Məcid Məsibi də oxşar ittihamla edam edilib.

Müşfiq Abdulla 
 “Cebheinfo.az”