Putin Kremldə İran XİN rəhbərini qəbul edib - VİDEO

Putin Kremldə İran XİN rəhbərini qəbul edib - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Kremldə İranın xarici işlər naziri Abbas Araqçını qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS Kremlin Mətbuat xidmətinə istinadən məlumat yayıb.

Görüşün iyunun 13-dən İsrailin İrana endirdiyi zərbələrdən sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda keçirildiyi bildirilib.

Qeyd edək ki, Rusiya Prezidenti ilə İranın xarici işlər naziri arasında sonuncu görüş aprelin 17-də baş tutmuşdu. Tərəflər digər məsələlərlə yanaşı, ikitərəfli münasibətlərin inkişafı, regional əməkdaşlıq və beynəlxalq arenada qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmişdilər.

"Cebheinfo.az"