Milyarder etirazlara məhəl qoymur: Yaxtada köpük şənliyi - FOTOLAR

Milyarder Jeff Bezos və nişanlısı Lauren Sançez antikapitalist etirazlara məhəl qoymadan toy həftəsinə 500 milyon dollarlıq Koru superyaxtasında köpük şənliyi təşkil edərək başlayıblar.
Venesiyadakı fəallar kanalları bağlamağa və mərasimi pozmağa hazırlaşarkən, milyarder və nişanlısı Xorvatiya sahillərində günəşin, musiqinin və sabun köpüyündən həzz alıbr.
“Cebheinfo.az” xəbər verir ki, cütlük bazar gününü 27 iyunda çoxdan gözlənilən toy mərasiminin keçiriləcəyi Venesiyaya yaxınlaşmadan əvvəl son dayanacağı olan Cres adasında keçirdi.
Xatırladaq ki, Bezos iki il əvvəl Kann yaxınlığında eyni yaxtada evlənmək təklif etmişdi. İnsayderlərin dediyinə görə, hətta yaxtaya polis qayığı yaxınlaşıb, lakin dayanmayıb.
Bu arada Venesiyada etiraz dalğası böyüyür, küçələrdə “Venesiya Bezos üçün deyil” və “Venesiya: oliqarxın oyun meydançası” şüarları görünür. Fəallar 200 dəvətlinin şəhər ətrafında hərəkətini çətinləşdirəcəklərini vəd ediblər.
Etiraz təşkilatçılarından biri Federika Toninello “The New York Times” qəzetinə bildirib ki, təfərrüatları sızdıran “kötəbəklər” var. Onun sözlərinə görə, əsas tədbirlərdən biri Miserikordia kompleksində planlaşdırılır: "Bezos ora çatmayacaq. Buna ikan verməyəcəyik".
Bütün toy həftəsinin cütlüyə 15-20 milyon dollara başa gələcəyi gözlənilir.
Xəzər
“Cebheinfo.az”