İran zənginləşdirilmiş uranı hara köçürüb?

İran zənginləşdirilmiş uranı hara köçürüb?

ABŞ-nin yüksək vəzifəli rəsmiləri İranın amerikalıların hava hücumlarından sonra zənginləşdirilmiş uran ehtiyatlarını hara köçürdüyünü bilmir. 

"Cebheinfo.az" xəbər verir ki,bu barədə "The New York Times" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Qəzetin yazdığına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossinin 60%-ə qədər zənginləşdirilmiş 400 kiloqramlıq uranının hazırda harada saxlandığı barədə məlumata sahibdir. 

"The New York Times" qeyd edib ki, İranın nüvə infrastrukturuna endirilmiş zərbələr ölkənin bu sahədəki inkişafını 2 ildən 5 ilə qədər geri sala bilər. Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki üç nüvə obyektinə hava zərbələrinin endirildiyini açıqlamış və əməliyyatı “uğurlu” adlandırıb. Tramp Tehranın gərginliyə son qoymağa razılaşmasının vacibliyini vurğulayıb. 

Səbinə Uğur 
"Cebheinfo.az"