Rza Pəhləvi Konqresdə: Hakimiyyətə gəlmək üçün PLAN

Rza Pəhləvi Konqresdə: Hakimiyyətə gəlmək üçün PLAN

İranın sonuncu və devrilmiş  şahı Məhəmməd Rza Pəhləvinin böyük oğlu Rza Pəhləvi artıq ABŞ Konqresinin üzvləri ilə görüşür və ölkədə hakimiyyət dəyişikliyi olacağı təqdirdə keçid planını müzakirə edir. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. 

Telekanalın məlumatına görə, İranın ali lideri Ayətullah Əli Xameneyinin hakimiyyətdən mümkün gedişindən sonra hadisələrin inkişaf ssenarisi müzakirə olunur. Qeyd edilir ki, İranın münaqişədən sonra yenidən qurulmasının planlaşdırılması davam edir. Bu da vəziyyəti ABŞ-nin keçmiş xarici siyasət əməliyyatlarından fərqləndirir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”