Serbiya silah ixracatını dayandırdı

Serbiya silah ixracatını dayandırdı

Serbiya qeyri-müəyyən müddətə silah-sursat ixracını tamamilə dayandıraraq onu öz ordusunun ehtiyaclarına yönəldib.

Bu barədə respublika prezidenti Aleksandr Vuçiç mətbuat konfransı zamanı bildirib.

“Hazırda biz heç nə ixrac etmirik, hər şeyi dayandırmışıq. Əgər bir şey ixrac edilərsə, xüsusi qərarlar qəbul edilməlidir. Artıq iki nazirin icazə verməsi və məhsulun normal və həmişəki kimi ixracı olmayacaq. Serbiyanın maraqlarına uyğun olaraq bundan sonra nə və necə edəcəyimizi görəcəyik”, - Vuçiç qeyd edib.

Eyni zamanda Serbiya lideri vurğulayıb ki, yerli müdafiə müəssisələrinin 50 min işçisinin rifahı sursat satışından asılıdır və onların ailələri ilə birlikdə bu rəqəm 150 min nəfərə çatır.

"Cebheinfo.az"