Si Cinpin Rusiyaya gedir

Çin Prezidenti Si Cinpin rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə mayın 7-dən 10-dək Rusiyada rəsmi səfərdə olacaq.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Si Cinpin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcək.
Qeyd olunub ki, danışıqlar zamanı hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinin əsas məsələləri, o cümlədən beynəlxalq və regional gündəliyin aktual məsələləri müzakirə olunacaq.
Eyni zamanda bir sıra ikitərəfli hökumətlərarası və idarələrarası sənədlərin imzalanması planlaşdırılır.
"Cebheinfo.az"