Kəmaləddin Heydərovdan iranlı nazirə BAŞSAĞLIĞI

Kəmaləddin Heydərovdan iranlı nazirə BAŞSAĞLIĞI

Nazir Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verib.

Bu barədə "Cebheinfo.az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikasının Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında baş vermiş partlayışla əlaqədar İranın daxili işlər naziri İsgəndər Möminiyə başsağlığı məktubu göndərib.

Nazir baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.

"Cebheinfo.az"