Putin Lukaşenkonun hədiyyəsini çox bəyənib: “Dadlıdır”

Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenkodan şokoladı hədiyyə aldığını bildirib və onun dadından danışıb.
“Cebheinfo.az” xəbər verir ki, bunu “RİA Novosti” yazır.
"Bu, Aleksandr Qriqoryeviçin hədiyyəsidir. Belarus şokoladları. Çox dadlıdır. İstəsəniz, sizi qonaq edə bilərəm",-deyə Putin "Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubinə deyib. Kadrlar yeni film "Rusiya. Kreml. Putin. “Rusiya” telekanalının 25 ili”indəndir.
Şokolad qutusu Prezidentin Moskva Kremlindəki mənzilindəki mətbəxində olub.
Xəzər
“Cebheinfo.az”