“Bəzi dövlətlər bizi Rusiyaya qarşı tək qoya bilər” - Zelenski

“Bəzi ölkələr atəşkəs razılaşmasına nail olduqdan sonra Ukraynanı Rusiyaya qarşı tək qoya bilər”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“İlk addımı atmağın - atəşkəsin nə qədər çətin olduğunu görürsünüz. Siqnallar var ki, atəşkəs razılaşmasından sonra bəzi dövlətlər bizim Rusiya ilə baş-başa qalmağımızı istəyəcəklər”, - Ukrayna lideri bildirib.
Zelenski konkret hansı ölkələrdən danışdığını açıqlamayıb. Lakin onun fikrincə, Avropa regionda bir çox məsələlərin bir-biri ilə bağlı olduğunu nəzərə alaraq Ukraynanın yanında olacaq.
"Cebheinfo.az"