ABŞ-də güclü zəlzələ oldu

ABŞ-də güclü zəlzələ oldu

ABŞ-nin Nyu-Meksiko ştatında 5,3 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Uayts Siti şəhərindən 57 km cənubda, zəlzələ ocağı 6,3 km dərinlikdə yerləşib.

Həmçinin Texas ştatında da 5,4 maqnitudada zəlzələ baş verib.

Yeraltı təkanlar Odessa şəhərindən 185 kilometr qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

"Cebheinfo.az"