Bu gün də çaylarda sululuq artdı

Bu gün də çaylarda sululuq artdı

Bəzi çaylarda sululuq artıb.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, avtomat hidroloji stansiyaların mayın 04-ü saat 9:00-a olan məlumatına əsasən transsərhəd çaylardan Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 29 sm, Qanıx-Cəlayirdə 4 sm, Kür-Yevlaxda 5 sm, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıda 14 sm, Qarasuçay-Zərdabda 32 sm, Vəlvələçay-Afurcada 35 sm, Qudiyalçay-Qımılda 20 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 3 sm, Gəncəçay-Zurnabadda 1 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəng və Tutqunçay-Comərddə 3 sm, Zabuxçay-Bozluda 35 sm, Oxçuçay-Bürünlüdə 34 sm, Həkəriçay-Balasoltanlıda 3 sm, Quruçay-Böyük Tağlarda isə 2 sm artım qeydə alınıb.

"Cebheinfo.az"