Bayram günlərində işləmək insanlara ziyandır- HƏKİM

Rusiya Səhiyyə Nazirliyi ölkə əhalisinə bayram günlərində işləməmək barədə xəbərdarlıq edib. Belə bir dövrdə əmək fəaliyyəti sağlamlığınıza ciddi zərər verə bilər.
“Cebheinfo.az” xəbər verir ki, V.P.Serbski adına Psixiatriya və Narkologiya Mərkəzinin psixi gigiyena və psixoprofilaktika laboratoriyasının aparıcı mütəxəssisi İvan Rozanovun dediyi kimi, bayram günlərində işləmək məhsuldarlığa, əhval-ruhiyyəyə və stress müqavimətinə mənfi təsir göstərir.
Onun sözlərinə görə, bayramlar insanlara nəinki işdə fasilə verməyə, həm də dostları və ailəsi ilə vaxt keçirməyə və həyatdan zövq almağa kömək edir. “Life.ru” ilə söhbətində ekspert xəbərdarlıq edib:
"Bayram günlərində işləyən insan stresə qarşı müqavimətini azalda bilər və daha az çevik ola bilər".
O, şəhərdəki monoton iş və yaşayış şəraitinin psixikaya mənfi təsir göstərdiyini, duyğusal məhrumiyyətlərə səbəb olduğunu da diqqətə çatdırıb.
"Bayramlar bunun öhdəsindən gəlmək üçün əla fürsətdir", - Rozanov əlavə edib.
Xəzər
“Cebheinfo.az”