“Arsenal” öz meydanında məğlub olub

İngiltərə Premyer Liqasında XXXV turun görüşləri davam edir.
"Cebheinfo.az" xəbər verir ki, günün son matçında "Arsenal" öz meydanında "Bornmut"la qarşılaşıb.
"Topçular" bu görüşdə azarkeşlərini sevindirə bilməyib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib.
"Cebheinfo.az"