Bakıda oğul atasını öldürdü

Bakıda dəhşətli qətl hadisəsi baş verib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 20-də qeydə alınıb.
1992-ci il təvəllüdlü Murad Nizami oğlu Əmirov atası Nizami Əmirovla mübahisə edib. Mübahisə nəticəsində M.Əmirov atasını səkkiz bıçaq zərbəsi ilə qətlə yetirib.
M.Əmirov Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
"Cebheinfo.az"