Zaxarova bu məsələyə aydınlıq gətirdi

Bəzi kütləvi informasiya vasitələrində belə bir məlumat yayılıb ki, Böyük Britaniya hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini İkinci Dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etməyə dəvət edib.
"Cebheinfo.az" bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, bununla bağlı yayılan xəbərləri şərh edərkən məşhur bir ifadəyə istinad edib.
“Belə bir ifadə var: “Yaz gələndə bilinir, kim harada nə edib”. Deməli, 80 il sonra biz anladıq ki, ovaxt kim, necə və kimlə birlikdə nə edibmiş”, - deyə diplomat “Komsomolskaya Pravda”ya bildirib.
Səbinə Uğur
"Cebheinfo.az"