Braziliya millisini çalışdıracaq baş məşqçi bəlli oldu

Braziliya millisini çalışdıracaq baş məşqçi bəlli oldu

Braziliya Futbol Konfederasiyası (CBF), "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti ilə müqavilə imzalamaq istəyir.

Oxu.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, bu razılaşma La Liqanın 35-ci turunda "Real Madrid" - "Barselona" oyunundan bir gün sonra, yəni mayın 12-də baş tuta bilər.

Məlumata əsasən, CBF Ançelottinin Braziliya millisinin yeni baş məşqçisi olacağına əmindir.

Lakin onlar italyan mütəxəssisin istəyinə hörmətlə yanaşaraq, "Real Madrid"in La Liqa çempionluğu şansı tam olaraq qalmayana qədər müqavilə imzalamaqda israr etməyəcəklər.

Hazırda La Liqada 33 turdan sonra "Real Madrid" 72 xalla 2-ci pillədə qərarlaşıb və lider "Barselona"dan 4 xal geri qalır.

"Cebheinfo.az"