Ukrayna HHQ Rusiyayadan atılan 77 dronu vurub

Ukrayna HHQ Rusiyayadan atılan 77 dronu vurub

Ukrayna qüvvələri mayın 3-nə keçən gecə Rusiyadan atılan 77 ədəd dron və digər pilotsuz uçuş aparatını vurduqlarını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Saat 09:00-a olan məlumata görə, ölkənin şərq, şimal, cənub və mərkəzi bölgələrində 77 ədəd pilotsuz uçuş aparatının vurulması təsdiqlənib. Bundan əlavə, 73 ədəd düşmənə məxsus dron radarlardan itib, lakin bu, hər hansı mənfi nəticəyə səbəb olmayıb,” - deyə məlumatda qeyd olunub.

"Cebheinfo.az"