Şəmkirdə 26 yaşlı kişi intihar edib

Şəmkirdə intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1999-cu il təvəllüdlü Ə.Məmmədov yaşadığı ünvanda özünü asaraq intihar edib.
İntiharın səbəbi məlum deyil.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"