Özbəkistanlı futbolçu İtaliya klubunda ayın ən yaxşısı seçildi

Özbəkistanlı futbolçu İtaliya klubunda ayın ən yaxşısı seçildi

Eldor Şomurodov azarkeşlər arasında keçirilən sorğuya əsasən, "Roma"nın aprel ayında ən yaxşı futbolçusu seçilib.

"Cebheinfo.az" xəbər verir ki, özbəkistanlı futbolçu səsvermədə argentinalı Matias Sule və qapıçı Mile Sviları qabaqlayıb.

Bu, Şomurodovun cari mövsümdə ikinci mükafatıdır. O, fevralda da "Roma"da ayın ən yaxşı oyunçusu seçilmişdi.

29 yaşlı forvard apreldə 4 oyunda iki qol vurub və bir məhsuldar ötürmə edib. O, "Yuventus"a vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib. "Verona" ilə oyunda yeganə qolu "Roma"ya vacib üç xal qazandırıb. "İnter"lə matçda isə oyundaşı Suleyə verdiyi dəqiq ötürmə ilə komandasının qələbə qolunda pay sahibi olub.( Oxu.Az)

Qeyd edək ki, "Roma" ardıcıl 18 oyundur A Seriyasında məğlub olmur və hazırda 6-cı pillədə qərarlaşıb.

"Cebheinfo.az"