Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 12 medal qazanıblar

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 12 medal qazanıblar

Azərbaycanın yeniyetmə cüdoçuları Qubada keçirilən Avropa Kubokunun ilk günündə 12 medal qazanıblar.

Yığma üzvləri 3 qızıl, 3 gümüş, 6 bürünc mükafat əldə ediblər.

Anar Quliyev (50 kq), Zeyd Ələsgərov (60 kq), Nuranə Hacızadə (48 kq) qızıl, Rəsul Əlizadə (55 kq), Fəxri Sahibzadə (66 kq), Leyla Ələkbərova (48 kq) gümüş, İbrahim Talıbov, Rza Xəlilli, (hər ikisi 50 kq), Royal Qayıbov (60 kq), Hüseyn Hüseynov (66 kq), Xədicə Abdullayeva (44 kq) və Aysun Məmmədova (52 kq) bürünc medala sahib çıxıb.

Qeyd edək ki, bu gün start götürən yarış mayın 4-də başa çatacaq.

"Cebheinfo.az"