ABŞ Rusiyaya qarşı sanksiyalar hazırlayır

ABŞ rəsmiləri Prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoymaq səylərini dəstəkləmək məqsədilə bank və enerji tədbirləri də daxil olmaqla Rusiyaya qarşı yeni iqtisadi sanksiyaları yekunlaşdırıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Sanksiyaların Moskvaya təzyiq məqsədi daşıdığı bildirilir.ABŞ administrasiyasının rəsmisi “Reuters”ə açıqlamasında hədəflər arasında Rusiyanın dövlət enerji nəhəngi “Qazprom”un, eyni zamanda, təbii ehtiyatlar və bankçılıqla məşğul olan iri şirkətlərin olduğunu deyib.
Lakin Moskvanın açıqlamalarına və fəaliyyətinə rəğbəti Rusiya Prezidenti Vladimir Putinin atəşkəs və sülh danışıqlarına dair çağırışları rədd etdiyinə görə məyusluqla əvəz olunan Trampın bu paketi təsdiq edib-etməyəcəyi hələ məlum deyil.
Müşfiq Abdulla
“Cebheinfo.az”