"Neftçi" heyətini fransalı futbolçu ilə gücləndirəcək

Bu mövsüm avrokuboklara vəsiqə qazana bilməyən "Neftçi" Brahim Konateni sıralarına qatmaq niyyətindədir.
"Cebheinfo.az" "Sportinfo"ya istinadən xəbər verir ki, "ağ-qaralar" artıq "Şamaxı"nın legioneri ilə danışıqlara başlayıblar. Bakılıların nümayəndələri fransalı yarımmüdafiəçi ilə bir neçə görüş keçiriblər.
"Neftçi" Misli Premyer Liqasında keçirdiyi debüt mövsümündə doqquz qol vuran 29 yaşlı Konateyə iki illik müqavilə təklif edib.
"Cebheinfo.az"