KTMT-nin iclası başladı, Mirzoyan yenə iştirak etmir

KTMT-nin iclası başladı, Mirzoyan yenə iştirak etmir

Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb.

Bu barədə “Sputnik Qırğızıstan” məlumat yayıb.

Bildirilib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşdə iştirak etmir.

XİN rəhbərləri beynəlxalq, regional vəziyyəti və onun KTMT ölkələrinin təhlükəsizliyinə təsirini müzakirə edəcəklər.

Xatırladaq ki, ötən il avqustun sonunda Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın KTMT-nin bütün orqanlarında iştirakını dondurduğunu açıqlamışdı.

"Cebheinfo.az"