Minaya düşən polisin son durumu açıqlandı

Ağdam rayonunda baş verən mina partlayışı səbəbilə xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumata əsasən, Ağdam Rayon Polis Şöbəsinin 1988-ci il təvəllüdlü əməkdaşına sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib.
Vəziyyəti orta-ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda reanimasiya şöbəsində davam etdirilir.
Xatırladaq ki, iyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.
"Cebheinfo.az"