Məşhur körpüdə “İmamoğlu” posteri

Məşhur körpüdə “İmamoğlu” posteri

Hollandiyanın paytaxtı Amsterdamın ən mərkəzi və məşhur kanalı olan Prinsengracht körpüsündə İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri, həmçinin CHP-nin prezidentliyə namizədi Ekrem İmamoğlunun plakatı asılıb.

“Cebheinfo.az” xəbər verir ki, afişada İmamoğlu əlləri qandallı təsvir edilib və hollandca "bələdiyyə başçısı" mənasını verən Burgemeester ifadəsi yazılıb.

İmamoğlunun süni intellektlə yaradılan şəklinin əks olunduğu plakat sosial mediada geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Əkrəm İmamoğlu hazırda Silivri Həbsxanasında saxlanılır. 

Əfsanə 
“Cebheinfo.az”