Təcridxanada saxlanılan 40 yaşlı kişi öldü

Bakıda istintaq təcridxanasında saxlanılan şəxs qəfil ölüb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə dünən saat 18 radələrində Penitensiar Xidmətin Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasında baş verib.
Təcridxanada saxlanılan Bakı şəhər sakini 1985-ci il təvəllüdlü İlqar Mirağa oğlu Həsənovun səhhəti qəfil pisləşib və vəfat edib.
İ.Həsənovun yüksək qan təzyiqindən öldüyü bildirilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"