“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir

Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.
"Cebheinfo.az" xəbər verir ki, polis ofisi nəzarətə götürüb.
Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı. Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.
Məlumatı Daxili İşlər Nazirliyi təsdiqləyib.
"Cebheinfo.az"