Çindən Avropaya yeni yükdaşıma marşrutu açılıb

Çindən Avropaya yeni yükdaşıma marşrutu açılıb

Bu gündən etibarən Çin Pekinlə Bakını birləşdirən yeni Çin-Avropa yük daşıma xəttini istifadəyə verib.

Bu barədə “Report” Çin KİV-inə istinadən xəbər verir.

Qeyd olunub ki, yükün çatdırılması "dəmir yolu - dəniz - dəmir yolu" multimodal sxemi üzrə həyata keçiriləcək.

Yükün 15 gün ərzində Bakıya çatması gözlənilir.

Hazırda Çin-Avropa yük qatarı Fanşan rayonunda yerləşən Pekin Beynəlxalq Quru Limanından yola düşməyi gözləyir.

"Cebheinfo.az"