Rusiya və Malayziya birbaşa uçuşları bərpa edə bilər

Rusiya və Malayziya birbaşa uçuşları bərpa edə bilər

Rusiya və Malayziya arasında birbaşa uçuşların yenidən başlatmaq imkanı müzakirə edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin yaydığı açıqlamada bildirilib. 

27–29 iyun tarixlərində İstanbulda keçirilən Qlobal Nəqliyyat Əlaqələri Forumu sonrası verilən açıqlamada qeyd olunub:

“Ölkələrarası uçuşların bərpası məsələsi Malayziyalı həmkarlarımızla ayrıca müzakirə olundu”.

Forum çərçivəsində həmçinin, Rusiya və Özbəkistan arasında nəqliyyat sektorunda əməkdaşlıq məsələlərinə də toxunulub.

Tərəflər Trans-Əfqanıstan dəmir yolu tikinti layihəsinə, Rusiya şirkətlərinin Özbəkistanda nəqliyyat infrastrukturunun inkişafı üzrə layihələrdə mümkün iştirakına və yeni multimodal marşrutların birgə yaradılmasına diqqət yetiriblər.

Nigar Hacılı 
"Cebheinfo.az"