DİN-in “Sputnik-Azərbaycan”ın ofisində əməliyyatdan - FOTOREPORTAJ

Daxili İşlər Nazirliyinin “Sputnik-Azərbaycan” agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanıblar.
“Report”un hadisə yerində olan müxbirinin məlumatına görə, redaksiyanın ətrafında bir neçə polis avtomobili də var.
Xatırladaq ki, iyunun 30-da "Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilməsi barədə məlumat daxil olub.
Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib.
O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.
Ancaq buna baxmayaraq, "Sputnik-Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.
"Cebheinfo.az"