“İstisu” mineral su zavodunun ixrac gəlirləri açıqlanıb

Bu ilin yanvar-may aylarında Kəlbəcərdə yerləşən "İstisu" mineral su zavodundan 366,2 min ABŞ dolları dəyərində ixrac həyata keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyun sayında bildirilir.
Qeyd edək ki, 1976-cı ildə Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. 1993-2020-ci illərdəki işğal dövründə zavodun fəaliyyəti dayandırılıb.
26 iyun 2022-ci il tarixində Prezident İlham Əliyev “İstisu” mineral su zavodunun təməlini qoyub.
2024-cü ildən “İstisu” mineral suyunun yenidən istehsalına başlanılıb.
"Cebheinfo.az"