Şəmkirdə 3 otaqlı ev yanıb - FOTOLAR

Şəmkirdə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Könüllü kəndində qeydə alınıb. Kənd sakininə məxsus ümumi sahısi 240 kvadratmetr olan fərdi yaşayış evində anidən yanğın olub.
Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
"Cebheinfo.az"