İranda "Starlink"dən istifadə qadağan edildi

İranda "Starlink"dən istifadə qadağan edildi

İranda Amerikanın “SpaceX” şirkətinin "Starlink" peyk internet xidmətindən istifadə qadağan edilib.

"Cebheinfo.az" xəbər verir ki, İran Parlamenti İsraillə casusluq və əməkdaşlıq edənlərə qarşı cəzaların sərtləşdirilməsini nəzərdə tutan 9 maddəlik qanun layihəsini təsdiqləyib.

Qanunu pozanları və "Starlink" provayderlərini həbs və avadanlıqların müsadirəsi gözləyir.

Bundan əlavə, İsrail, ABŞ və digər düşmən dövlətlər adından aparılan kəşfiyyat, casusluq və əməliyyat fəaliyyəti “yer üzündə fitnə-fəsad törətmək” kimi qiymətləndiriləcək.

Qanuna əsasən, xalq arasında qorxu və panika yarada biləcək, ictimai bölünməyə səbəb ola biləcək və ya milli təhlükəsizliyə zərər yetirə biləcək məzmunlar hazırlayan və bu məzmunları düşmən və ya xarici media qurumlarına göndərən şəxslər 2 ildən 5 ilədək həbs və dövlət xidmətlərindən ömürlük uzaqlaşdırma ilə cəzalandırılacaqlar.

Nigar Hacılı 
"Cebheinfo.az"