Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Eyvazallar kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Məhərrəm Ələkbərovun idarə etdiyi "KamAZ" markalı yük maşını ilə 1968-ci il təvəllüdlü Arif Bünyatovun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə A.Bünyatov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

 “Cebheinfo.az”