Bakıda ictimai iaşə dövriyyəsi artıb

Bakıda ictimai iaşə dövriyyəsi artıb

Bu ilin yanvar-may aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 750,3 milyon manat təşkil edib.

Bu barədə "APA-Economics"ə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,2% çoxdur.

Dövr ərzində hüquqi şəxslərin ictimai iaşə dövriyyəsi 399,6 milyon manat olub ki, bu da ümumi dövriyyənin 53,3%-ni təşkil edib.

"Cebheinfo.az"