Zavodda partlayış: Ölənlər var

Hindistanın Telangana ştatında yerləşən kimya zavodunda baş verən partlayış və ardından başlayan yanğın nəticəsində 10 nəfər həyatını itirib.
"Cebheinfo.az" "Press Trust of India"ya istinadən xəbər verir ki, ştatın Paşamilaram bölgəsində yerləşən kimya zavodunda reaktorlardan birində partlayış baş verib.
Partlayışın səbəb olduğu yanğından sonra əraziyə yanğınsöndürən və xilasetmə qrupları göndərilib.
"Sigachi Industries" şirkətinə məxsus zavodda baş verən hadisə nəticəsində ilkin məlumatlara görə, 10 nəfər ölüb, ən azı 12 işçi isə yaralanıb.
Nigar Hacılı
"Cebheinfo.az"