Pezeşkian: "İran qonşularla yeni səhifə açmağa hazırdır"

Pezeşkian: "İran qonşularla yeni səhifə açmağa hazırdır"

"İran qonşuları və bölgə ölkələri ilə münasibətlərdə yeni səhifə açmağa hazırdır".

Bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında bildirib.

O, qonşuluq siyasətinin və regional münasibətlərin inkişafının İranın əsas strategiyası olduğunu təsdiqləyib.

M.Pezeşkian deyib ki, İslam ölkələri arasında həmrəyliyin vacibliyini nəzərə alaraq və hərtərəfli əməkdaşlığı genişləndirmək məqsədilə İran Körfəz Əməkdaşlıq Şurası ilə tam əməkdaşlığa hazırdır:

“Bununla da qonşularla münasibətlərdə yeni səhifə açırıq”.

"Cebheinfo.az"