Agentlik sədri: "Son beş ildə 556 nəfər Azərbaycana repatriasiya edilib"

Agentlik sədri: "Son beş ildə 556 nəfər Azərbaycana repatriasiya edilib"

Son beş ildə repatriasiya işləri çərçivəsində 556 nəfərlə iş aparılıb.

"Cebheinfo.az" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin beş illiyinə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 489-u uşaq, 65-i qadın, 2-si kişidir:

"Suriya, Əfqanıstan, İraqdan repatriasiya edilən vətəndaşlarla işlər aparılır".

"Cebheinfo.az"