Kılıçdaroğlu məhkəməyə gedib?

Kılıçdaroğlu məhkəməyə gedib?

Xəbər verdiyimiz kimi, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayının nəticələrinin şübhəli olduğu iddiası ilə bağlı məhkəmə iclası keçirilir.

“Cebheinfo.az” xəbər verir ki, CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlu dəvət olunmasına rəğmən, məhkəmədə iştirak etmir.

O, Ankarada olmadığı üçün iclasa qatılmayıb.

Məlumatlara əsasən, Kılıçdaroğlu ötən gün axşam saatlarında paytaxtdan çıxıb. Onun gün ərzində Ankaraya qayıtmayacağı deyilir. 

Qeyd edək ki, məhkəmə qərarı ilə sözügedən CHP qurultayının nəticələrinin ləğv olunaraq, Kılıçdaroğlunun yenidən partiyaya qayıtma ehtimalı var. 

Həmçinin, məhkəmənin təxirə salınma ehtimalının da böyük olduğu bildirilir.

Elmir Mustafa
“Cebheinfo.az”