Şəkidə “Alternativ turizm məhsulu” layihəsi üzrə fəaliyyət davam edir

Şəkidə “Alternativ turizm məhsulu” layihəsi üzrə fəaliyyət davam edir

Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən  Şimal-qərb regionunda həyata keçirilən “Alternativ turizm məhsulu” adlı layihə çərçivəsində fəaliyyət uğurla davam edir. 

23, 24, 25.iyun 2025-ci il tarixlərində layihənin 1-ci mərhələsi nəzərdə tutulan icra planına uyğun olaraq turizmin inkişafı üçün zəngin imkanlara malik olan Şəki şəhərində “Alternativ turiam məhsulu” mövzularında təlimlər həyata keçirildi. Həmin təlimlərlərdə “Turizm və onun növləri”, “Qonaqların qəbulu, yerləşdirilməsi və sənədləşmə, “Turizm və marketinq“ mövzuları üzrə təlimlər təşkil olundu. Təlimlərə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Şəki Nümayəndəliyinin Aparıcı mütəxəssisləri Aydan Süleymanlı, Fərid Mustafayev, Asif Mustafazadə, Kamran Məmmədov və Anar Zahirov dəvət olunmuşdular. İlk təlim günü (23.06.2025-ci ildə) “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri və “Alternativ turizm məhsulu” layihəsinin rəhbəri Möhübbəli Nağıyev ekspert və iştirakçıları salamladıqdan sonra, “Balans” İMİB-nin həyata keçirdiyi fəaliyyətdən və gələcək planlarından danışdı, eləcə də “Alternativ turiam məhsulu” layihəsi haqqında iştirakçılara geniş məlumat verdi, O, həmçinin, Şəki şəhərinin turizm imkanlarından və əhalinin bu sahəyə olan marağından danışdı. Sonra o, mövzularla bağlı DTA-nın nümayəndəsi, ekspert qismində təlimə dəvət olunmuş Aydan Süleymanova söz verdi.

Aydan xanım DTA-nin və Şəki regional nümayəndəliyinin gördüyü işlərdən, Şəkidə və regionda bu sahənin imkanlarından və gələcək planlardan danışdı. Daha sonra Şəkiyə xas olan Turizm növləri ilə bağlı iştirakçılara geniş məlumat verdi. Daha sonra Təlimçi Araz Alibəyov bu mövzu ilə bağlı hazırlanmış təqdimatla çıxış etdi.  Çay fasiləsindən sonra təqdimat və müzakirələr davam etdi. Təlimin sonunda layihənin rəhbəri M. Nağıyev qeyd etdi ki, artıq sosial şəbəkədə Alternativ turizm layihəsi adlı qrup yaradılmış və bütün təqdimat və təlimin paylama materialları hər təlimdən sonra qrupda paylaşılacaq. 4 saata yaxın davam edən təlim interaktiv və məhsuldar olmaqla başa çatdı.

24 və 25 iyun 2025-ci il tarixlərində də təlimlər öz axarı ilə davam etdi. Həmin günlərdə də həm dəvət olunmuş nümayəndələr və həm də təlimçi alternativ turizm məhsulu ilə bağlı təqdimatlarla çıxış etdilər.

Beləliklə, layihənin 1-ci mərhələsi üçün nəzərdə tutulan 3 yarım günlük təlimlər uğurla başa çatdı. Təlimlərə dəvət olunmuş ekspertlər müzakirələrdə iştirak edərək iştirakçılara öz tövsiyyələrini verdilər. İştirakçıların əksəriyyətinin turizm sənayesi üzrə birbaşa əlaqəli fəaliyyət göstərən sahibkarlar, sənətkarlar və gənclər olduğundan, təlimlər həm interaktiv və həm də məhsuldar keçdi.

Bu layihə çərçivəsində fəaliyyət davam edir.

"Cebheinfo.az"